Zukerberqin özü səsvermə səhmlərinin 50%-dən çoxuna sahibdir Zukerberqin özü səsvermə səhmlərinin 50%-dən çoxuna sahibdir
  • Qərb
  • 14 Aprel 2019 09:50
  •  2 497

“Facebook” səhmdarları Zukerberqi istefaya göndərmək istəyirlər

Zukerberqin özü səsvermə səhmlərinin 50%-dən çoxuna sahibdir

"Facebook" şirkətinin bir neçə səhmdarı illik toplantı zamanı Mark Zukerberqin Direktorlar Şurasının sədri vəzifəsindən kənarlaşdırılması və şirkətin strukturunun dəyişdirilməsinin müzakirə olunmasını yenidən təklif ediblər.

Bu barədə "Business Insider" nəşri yazıb.

Qəzetin məlumatına görə, şirkət Qiymətli Kağızlar və Birjalar üzrə Federal Komissiyaya baxılmaq üçün göndərilən sənədlərdə səhmdarların illik toplantısının 30 may tarixində keçiriləcəyini bildirib və səhmdarların səsverməyə çıxarılacaq təkliflərini təsdiq edib.

Səhmdarlar tərəfindən müzakirə üçün irəli sürülən 8 təklifdən ikisində söhbət şirkətin strukturunda dəyişiklik və "müstəqil sədr"in təyin edilməsindən gedir.

Nəşr yazır ki, iclas zamanı bu təkliflərin qəbul olunma şansı son dərəcə aşağıdır, çünki "Facebook" onlarla qəti razı deyil və Zukerberqin özü səsvermə səhmlərinin 50%-dən çoxuna sahibdir.(report.az)

AzNews.az