70 yaşlı Balda dörd il müddətinə azadlıqdan məhrum edilib 70 yaşlı Balda dörd il müddətinə azadlıqdan məhrum edilib
  • Qərb
  • 17 Aprel 2019 12:29
  •  2 441

Çexiyada ruhi xəstə olan pensiyaçı məhkum edildi

70 yaşlı Balda dörd il müddətinə azadlıqdan məhrum edilib

Hərfi mənası “gic, sarsaq” kimi tərcümə edilən Balda soyadlı çexiyalı pensiyaçı tərəfindən iki il bundan əvvəl törədilmiş əməllər dəmiryol qəzaları ilə nəticələnib. Xatırladaq ki, o vaxt Balda ağacları mişarlayaraq relslərin üzərinə yığmış, nəticədə qatarlar yoldan çıxmışdı. Radikal-millətçi baxışların tərəfdarı olan pensiyaçı ümid edirdi ki, bu hərəkətlərin müsəlman qaçqınlar tərəfindən törədilməsindən şübhələnməyə başlayacaqlar. Lakin o, səhv düşünürdü.

70 yaşlı Balda bu gün “terrorçuluq” maddəsi ilə dörd il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, o, ruhi xəstə olduğundan onun həbsxana bioqrafiyasına məcburi müalicə də əlavə ediləcək.(AZƏRTAC)

AzNews.az