"Ankara kiminlə olduğunu seçməlidir" "Ankara kiminlə olduğunu seçməlidir"
  • Qərb
  • 22 Aprel 2019 14:06
  •  2 038

“Türkiyə S-400-lə sanksiyalar arasında seçim etməlidir” - Amerikalı senator

"Ankara kiminlə olduğunu seçməlidir"

Türkiyə Rusiyanın S-400 zenit-raket komplekslərini alacağı təqdirdə ABŞ sanksiyalar tətbiq edəcək və eyni zamanda F-35 təyyarələrinin satışını dayandıracaq.

Bunu ABŞ senatoru Bob Menendes deyib.

Senator bildirib ki, Ankara kiminlə olduğunu seçməlidir:

“Türkiyə NATO-nun vacib müttəfiqi qalmaqda davam etməli, ya da Qərbdən uzaqlaşmalıdır”.

B.Menendes əlavə edib ki, S-400 NATO sistemləri, texnikası ilə yanaşı dayana bilməz.

Senatorun sözlərinə görə, Türkiyəyə sanksiyalardan qaçması üçün digər variantlar təklif edilib.(trend.az)

AzNews.az