Məhkum öz günahını tam təsdiqlədiyinə görə ömürlük həbs cəzası almayıb Məhkum öz günahını tam təsdiqlədiyinə görə ömürlük həbs cəzası almayıb
  • Qərb
  • 25 Aprel 2019 13:25
  •  1 470

Jurnalisti öldürənə 30 il iş kəsildi

Məhkum öz günahını tam təsdiqlədiyinə görə ömürlük həbs cəzası almayıb

Bolqarıstanda Ruse şəhərinin məhkəməsi TVN regional televiziya kanalının jurnalisti Viktoriya Marinovanın ölümündə təqsirləndirilən 21 yaşlı Severin Krasimirovu 30 il azadlıqdan məhrum edib.

Məhkəmə, həmçinin S.Krasimirovun öldürülən jurnalistin ailəsinə 225 min avro təzminat ödəməsini qərara alıb.

Məhkum öz günahını tam təsdiqlədiyinə görə ömürlük həbs cəzası almayıb.

Qeyd edək ki, Dunay çayının sahilində Ruse şəhəri yaxınlığında 2018-ci ilin oktyabrında jurnalist Viktoriya Marinovanın cəsədi tapılıb. Hüquq-mühafizə orqanlarının operativ əməliyyatı nəticəsində cinayətkarın izinə düşmək mümkün olub. Severin Krasimirov Almaniyada həbs edilərək Bolqarıstana gətirilib.(AZƏRTAC)

AzNews.az