Polisin müdaxiləsi ilə insident yatırılıb Polisin müdaxiləsi ilə insident yatırılıb
  • Qərb
  • 26 Aprel 2019 15:40
  •  1 285

Almaniyada azərbaycanlılar ilə ərəblər arasında dava düşdü

Polisin müdaxiləsi ilə insident yatırılıb

Almaniyanın Bilefeld şəhərində azərbaycanlılar ilə ərəblər arasında dava baş verib.

Hadisə şəhərin mərkəzi dəmir yol vağzalı qarşısındakı meydanda baş verib.

Davaya səbəb əslən Azərbaycanın Qazax rayonundan olan Məmmədov Hilal adlı şəxsin Əsəd adlı ərəb ilə mübahisəsi olub.

Daha sonra mübahisəyə görə yaxınlıqdakı digər ərəblər azərbaycanlıya hücum ediblər. H.Məmmədovun yanında olan digər azərbaycanlınında iştirakı ilə ərəblər arasında dava baş verib.

Polisin müdaxiləsi ilə insident yatırılıb, tərəflər cərimələnib.(report.az)

AzNews.az