Melaniya Trampın 49 yaşı qeyd edilib Melaniya Trampın 49 yaşı qeyd edilib
  • Qərb
  • 27 Aprel 2019 08:40
  •  2 310

Tramp 19 saniyə ərzində Abenin əlini sıxdı - Ağ Evdə tarixi görüş

Melaniya Trampın 49 yaşı qeyd edilib

ABŞ prezidenti Donald Tramp Yaponiyanın baş naziri Şinzo Abeni iki günlük səfər çərçivəsində Ağ Evdə qəbul edib.

AzNews.az xəbər verir ki, Tramp Oval ofisdə mətbuat nümayəndələrinə açıqlama verib.

O, ABŞ ilə Yaponiya arasındakı ikili ticarət razılaşmasının sürətli şəkildə həyata keçiriləcəyinə inandığını deyib.

“Yaponiya ilə uzun ömürlü və yaxşı ticarət razılaşması etmək imkanına sahibik. Bu razılaşmanın çox sürətli şəkildə ola biləcəyini düşünürəm”.

Kameralar qarşısında Abe ilə poz verən və tez-tez ABŞ-Yaponiya münasibətlərinin çox yaxşı səviyyədə olduğunu vurğulayan Trampın 19 saniyə ərzində Abenin əlini sıxması diqqət çəkib.

Tramp xüsusilə hər zaman sumo güləşləri ilə maraqlandığını və may ayının sonunda Yaponiyaya edəcəyi səfərində sumo güləşini izləmək istədiyini bildirib.

Görüşün ardınca Ağ Evdə Donald Tramp və həyat yoldaşı Melania Tramp Abe və xanımı Akie Abe şərəfinə axşam yeməyi təşkil edib. Həmin yeməkdə Melaniya Trampın 49 yaşını qeyd etdiyi bildirilib.

Ağ Ev Trampla Abenin bir müddət qolf oynayacaqları və iki ölkə arasındakı münasibətlərlə bağlı mövzuları müzakirə edəcəkləri açıqlanıb.

Pərvanə Ağazadə

AzNews.az