Şimali Makedoniya ABŞ-ın əvəzolunmaz təhlükəsizlik ortağıdır Şimali Makedoniya ABŞ-ın əvəzolunmaz təhlükəsizlik ortağıdır
  • Qərb
  • 30 Aprel 2019 09:12
  •  1 962

Şimali Makedoniya NATO-ya üzv olacaq? - Tramp Senata məktub göndərdi

Şimali Makedoniya ABŞ-ın əvəzolunmaz təhlükəsizlik ortağıdır

ABŞ prezidenti Donald Tramp Senata məktub göndərərək Şimali Makedoniyanın NATO-ya üzv olmasını nəzərdə tutan protokolun təsdiqlənməsini tələb edib.

AzNews.az xəbər verir ki, Ağ Ev Trampın Senata göndərdiyi Şimali Makedoniya məktubunu ictimaiyyətlə paylaşıb.

Tramp məktubunda ABŞ-la NATO-dakı maraqlı tərəflərin 6 fevral 2019-cu ildə Brüsseldə imzaladığı mətnə istinad edərək "Şimali Makedoniyanın NATO-ya qatılmasını nəzərdə tutan protokolun imzalanması üçün Senatın məsləhətinə və təsdiqinə təqdim edirəm" deyə bildirib.

Tramp sözügedən protokol tamamilə təsdiqlənərsə, Şimali Makedoniyanın NATO-ya üzvlüyünün baş tutacağını qeyd edib.

"Şimali Makedoniya ABŞ-ın əvəzolunmaz təhlükəsizlik ortağıdır. Onun NATO-ya üzvlüyü birbaşa ABŞ və NATO İttifaqının strateji maraqlarına faydalı olacaq". Tramp belə deyib.

Pərvanə Ağazadə

AzNews.az