Ağ Evlə İranın arasını vuran şəxsin adı açıqlandı - ABŞ mediası həyəcan təbili çaldı

“Fox News” kanalının aparıcısı: Bolton qəsdən İranla gərginliyi artırıb müharibə çıxarmağa çalışır

Vaşinqtonda ABŞ-la İran arasındakı bütün gərginliyin səbəbinin Milli Təhlükəsizlik üzrə müşavir Con Bolton olduğu deyilir.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın keçmiş dövlət katibi Vendi Şerman “New York Times”a mövzu ilə bağlı məqalə yazıb.

O, məqaləsində Tramp hakimiyyətinin İranı müharibəyə təhrik edəcəyini və ya müharibənin “düşüncəsiz siyasət” səbəbilə səhvən baş verəcəyini bildirib.

Şerman müharibənin qaçınılmaz olmadığını yazıb.

“İndiyə kimi çoxdan öyrənməli idik ki, Orta Şərqdə baş verən müharibənin nə tez bitəcəyi, nə də onun məqsədinə çatacağı barədə qətilik var”.

Konqres, Avropadakı Amerikan müttəfiqləri, iş dünyası və medianın da səyləri ilə müharibənin dayandırılması ehtimalı olduğunu vurğulayan Şerman Boltonla bağlı bunları deyib:

“Bu addımlardan heç biri Trampın uzun müddətdir lazım gələrsə, hərbi gücdən istifadə edərək İranda rejim dəyişikliyi etmək istəyən Milli Təhlükəsizlik üzrə müşavir Con Boltonu dayandırmaya bilər. Bəlkə də Tramp belə 2020-ci ildə baş tutacaq seçkilərə gedərkən “müharibə dövrü” prezidenti olaraq dəstək toplamaq üçün “ayaqların baş olduğu” strategiyada bir ümid görür”.

Digər tərəfdən Tramp hakimiyyətinə yaxınlığı ilə tanınan “Fox News” kanalının aparıcısı Tuker Karlson da Boltonu İran-ABŞ müharibəsinə zəmin yaratmaqda günahlandırıb.

Karlson Boltonun qəsdən İranla gərginliyi artırıb müharibə çıxarmağa çalışdığını və onun D.Tramp üzərində bu müddətdə təsirli olacağını qeyd edib:

“Con Bolton İranla müharibə olmasına sevinəcək. İranla müharibə onun üçün Milad, Şükran və doğum günlərinin eyni qeyd edilməsi kimi olacaq. Şükür ki, əsgər üzərində səlahiyyətli Con Bolton yox, prezident Trampdır ”.

Pərvanə

AzNews.az