Litva ərazisində yaranmış anomal istilər səbəbindən əhali ziyan çəkməyə başlayıb Litva ərazisində yaranmış anomal istilər səbəbindən əhali ziyan çəkməyə başlayıb
  • Qərb
  • 13 İyun 2019 16:49
  •  2 400

Litvada görünməmiş istilər...

Litva ərazisində yaranmış anomal istilər səbəbindən əhali ziyan çəkməyə başlayıb

35 dərəcəyə çatmış isti havada qorunmağa çalışanlardan altısı üz tutduqları göllərdə boğulublar. Belə havaya alışmamış insanlar arasında ciddi ürək-damar problemləri yaşanmaqdadır. Yüzlərlə insan tibb məntəqələrinə müraciət edir.

Sinoptiklər xəbərdar edib ki, anomal isti hava şəraiti davam edəcək. Quraqlıq səbəbindən isə çaylarda suyun səviyyəsi aşağı düşüb və bu da suvarmada çətinliklər yaradıb.

Yüksək istilərin davam etməsindən bəzi şəhərlərdə orta məktəblər artıq tətilə bağlanıb.(AZƏRTAC)

AzNews.az