Siciliyada mafiya əməliyyatı - 31 nəfər...

Ümumi məbləği 1 milyon avroya çatan əmlak müsadirə edilib

İtaliyanın güc strukturlarının əməkdaşları Siciliyada mafiya qruplaşmaları ilə əlaqədə şübhəli bilinən 31 nəfəri həbs edib.

ANSA agentliyi xəbər verir ki, burada adanın şərqində fəaliyyət göstərən “Çintorino” mafiya klanının üzvlərindən söhbət gedir. Onlardan 26 nəfəri həbs olunub, beş nəfər isə ev dustaqlığına yerləşdirilib. Saxlanılanlar dələduzluq, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi və digər cinayətlərdə ittiham olunurlar.

Keçirilən əməliyyatlar nəticəsində ümumi məbləği 1 milyon avroya çatan əmlak müsadirə edilib.(AZƏRTAC)

AzNews.az