"Düşünürəm ki, İran dronu səhvən vurub"

"Dronun vurulması səhvini edən qeyri-ciddi və axmaq bir generaldır"

“İran dronu səhvən vurub”.

“Reuters”ə istinadən verilən xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdo ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

“İnanmaq çətindir ki, bu, qəsdən edilib. Düşünürəm ki, dronun vurulması səhvini edən qeyri-ciddi və axmaq bir generaldır, ya da başqa birisidir. Dronda heç kim yox idi və bu detal əhəmiyyət kəsb edir”, - deyə Tramp bildirib.

Qeyd edək ki, ötən gün İran ABŞ-a məxsus uçuş aparatını vurmasına dair xəbər yayıb. ABŞ Mərkəzi Komandanlığı faktı təsdiqləyib. (APA)