"Onu çıxarmaqla təhdid etməmişəm"

"Pouell faizi ən qısa müddətdə endirməlidir"

Donald Tramp heç vaxt ABŞ Mərkəzi Bankının (FED) prezidenti Jerom Pouelli vəzifədən uzaqlaşdırmaqla təhdid etmədiyini deyib.

AzNews.az xəbər verir ki, NBC kanalında yayımlanan proqramda danışan Tramp Pouelli işdən azad etmək səlahiyyətinin olduğunu da əlavə edib.

Xatırladaq ki, Tramp FED-in son faiz qərarının açıqlanmasından əvvəl Pouellə faizi endirməsi barədə çağırışını təkrarlayıb. “Həmişə uğur əldə edə, qalib gələ bilməzsiniz. Pouell faizi ən qısa müddətdə endirməlidir. İnanıram ki, o, tez ya da gec doğru olanı edəcək. Bizə yalnız gözləmək qalır” demişdi.

Pərvanə Ağazadə

AzNews.az