• Qərb
  • 15 İyul 2019 15:11
  •  438

Fransada qatarla maşın toqquşdu - Ölənlər var

Hadisənin səbəbi araşdırılır

Fransanın Marna bölgəsinin Avene-Val-Deor kommunasında qatarla avtomobilin toqquşması nəticəsində 3-ü uşaq olmaqla 4 nəfər ölüb, 4-ü yaralanıb.

Məlumatı yerli BFMTV yayıb.

Bildirilib ki, içərisində 24 sərnişin olan qatar Epernedən Reymsə doğru hərəkət edirmiş.

Hadisənin səbəbi araşdırılır.(report.az)

AzNews.az