"Biz İranın nüvə problemi ilə bağlı müqaviləni qorumalıyıq" "Biz İranın nüvə problemi ilə bağlı müqaviləni qorumalıyıq"
  • Qərb
  • 15 İyul 2019 17:30
  •  2 284

“İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir” - Britaniya XİN başçısı

"Biz İranın nüvə problemi ilə bağlı müqaviləni qorumalıyıq"

“İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”.

Bunu Britaniyanın xarici işlər naziri Ceremi Hant iyulun 15-də Brüsseldə Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının İranın nüvə probleminə həsr edilən toplantısından əvvəl bildirib.

“Biz yaranmış fürsətdən istifadə edərək İranın nüvə problemi ilə bağlı müqaviləni qorumalıyıq”, - deyə nazir vurğulayıb.

Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib ki, İranın müqavilədən mərhələli şəkildə çıxması ABŞ-ın səhv qərarına cavab oldu.

Qeyd edək ki, İranın Atom Enerjisi Təşkilatının mətbuat katibi Bəhruz Kamalvənd iyulun 15-də deyib ki, Tehran 2015-ci ilədək mövcud Vyana razılaşmasınadək olan dövrə tamamilə qayıda bilər.(report.az)

AzNews.az