Hazırda yanğının sahil istiqamətində irəlilədiyi bildirilir Hazırda yanğının sahil istiqamətində irəlilədiyi bildirilir
  • Qərb
  • 16 İyul 2019 06:40
  •  4 975

Fransada 2700 turist təxliyyə olundu - meşə yanğınlarına görə

Hazırda yanğının sahil istiqamətində irəlilədiyi bildirilir

Fransanın cənubunda Şərqi Pireney departamentindəki düşərgələrdən təxminən 2700 turist güclü meşə yanğınları səbəbindən təxliyyə olunub.

Bu barədə “BFM” telekanalı yanğından mühafizə xidmətinə istinadən məlumat yayıb.

İlkin məlumata görə, yanğın yerli vaxtla təxminən 14:00-da Arjelos-sür-Mer kommunasında başlayıb. Gücü saniyədə 19 metrə çatan külək isə yanğının miqyasını genişləndirib. Hazırda yanğının sahil istiqamətində irəlilədiyi bildirilir.

Yanğının söndürülməsinə onlarla yanğınsöndürən, xilasedici və iki “Canadair” təyyarəsi cəlb olunub. (APA)