"ABŞ-ın yeritdiyi siyasət üzündən bunu əldə etmək çox çətin olacaq" "ABŞ-ın yeritdiyi siyasət üzündən bunu əldə etmək çox çətin olacaq"
  • Qərb
  • 16 İyul 2019 17:03
  •  1 949

İspaniya XİN İranın iqtisadi blokadasına mane olmaq niyyətindədir

"ABŞ-ın yeritdiyi siyasət üzündən bunu əldə etmək çox çətin olacaq"

Avropa İttifaqı İranın iqtisadi blokadasına yol verməmək və Avropa şirkətlərinin bu ölkədə fəaliyyətlərini davam etdirmələrinə şərait yaratmaq üçün mümkün olan hər şeyi edəcək.

Bunu İspaniya XİN-in başçısı Jozep Borrel bəyan edib.

J.Borrel bildirib ki, ABŞ-ın yeritdiyi siyasət üzündən bunu əldə etmək çox çətin olacaq. “ABŞ-ın qanunları eksterritorial qaydada, yəni bizim də qəbul etmədiyimiz qaydada tətbiq etməsi bütün şirkətlər üçün çətinliklər yaradır. Lakin Aİ-nin işləyib hazırladığı maliyyə vasitəsi Avropa şirkətlərinin İranda qalmasına imkan verəcək”, - deyə nazir fikrini tamamlayıb.(AZƏRTAC)

AzNews.az