Qadına qarşı cinayət işi başladılıb Qadına qarşı cinayət işi başladılıb
  • Qərb
  • 17 İyul 2019 17:51
  •  1 987

Maşın almaq üçün printerdə 15 min avro çap etdi, amma...

Qadına qarşı cinayət işi başladılıb

Almaniyada 20 yaşlı qadın almaq istədiyi avtomobilin qarşılığında evindəki printerdə çap etdirdiyi 15 min avronu verməyə cəhd edərkən polis tərəfindən saxlanılıb.

"Deutche Welle" xəbər verir ki, Pirmazens şəhərinin sakini adi ofis vərəqələrində 50 və 100 avrolıq əsginaslar çap etdirib və sonra onlarla avtosalona gedib.

Qadın avtosalonda saxta pullarla ödəniş etmək istəyərkən polis tərəfindən saxlanılıb. Polisləri daha çox saxta pulların keyfiyyəti təəccübləndirib, belə ki, onlar əsl əsginaslara heç bənzəməyib.

Qadına qarşı cinayət işi başladılıb.(report.az)

AzNews.az