Böyük Britaniyadan Baltikayanıya qədər ərazilər nəzərdə tutulur Böyük Britaniyadan Baltikayanıya qədər ərazilər nəzərdə tutulur
  • Qərb
  • 31 İyul 2019 17:28
  •  2 096

Pentaqon Avropada qoşun yerləşdirəcək – Podratçı axtarılır

Böyük Britaniyadan Baltikayanıya qədər ərazilər nəzərdə tutulur

Pentaqon Avropa ərazisində hərbi qüvvələrin daşınması və yerləşdirilməsi üçün podratçı şirkət axtarışı ilə bağlı ABŞ dövlət satınalmalarının saytında elan yerləşdirib.

AzNews.az bildirir ki, bu barədə “RİA "Novosti” xəbər verir.

Bildirilir ki, Pentaqonun departamentlərindən biri olan Ordu Nazirliyi insanların, eləcə də ağır hərbi yüklərin kommersiya daşınmaları üçün müqavilə bağlamaq istəyir.

Elanın məqsədlər bölməsində qoşunların sürətli dislokasiyası və yerləşdirilməsi, eləcə də hərbi təlimlərə nəqliyyat dəstəyini təmin etmək göstərilib.

Marşrutda nümunə kimi qeyd olunan hərəkət istiqamətlərinə əsasən, demək olar ki, bütün Avropa — Böyük Britaniyadan Baltikayanıya qədər ərazilər nəzərdə tutulur.

Nigar Orucova

AzNews.az