Feysbukda status yazdı, tutuldu - FOTO

Müstəntiqlər hesab edir ki, Kleyton ekstremizmin tərəfdarı olub

ABŞ-ın Florida ştatında Feysbuk sosial şəbəkəsində status yazan 26 yaşlı Riçard Kleyton həbs edilib.

Buna səbəb gəncin yazdığı statusda “Walmart” mağazasını atəşə tutacağı ilə bağlı hədə-qorxu gəlməsi olub.

“Üç gündən sonra mən “AR-15”mi (yarım avtomatik tüfəng – red.) geri alacağam. Gələn həftə “Walmart”a getməyin”, - Kleyton yazıb.

Həmin statusdan sonra 26 yaşlı gənc ştat, Federal Təhqiqat Bürosu (FBI) və yaşadığı Vinter şəhər polislərinin birgə əməliyyatı nəticəsində həbs olunub.

Müstəntiqlər hesab edir ki, Kleyton ekstremizmin tərəfdarı olub və dəfələrlə müxtəlif saxta hesablar vasitəsi ilə hədə-qorxu məzmunlu statuslar paylaşıb.(qafqazinfo.az)

AzNews.az

image description