Tramp o siyahıya Türkiyəni də daxil etdi

“İŞİD bütün bu ölkələrin çevrəsindədir..."

ABŞ prezidenti Donald Tramp aralarında Türkiyənin də olduğu terror təşkilatı İŞİD-in ən böyük qurbanı olan ölkələrə səslənib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ağ evdə jurnalistlərə açıqlama verən Tramp “bəlli bir zamanda Rusiya, Əfqanıstan, İran, İraq və Türkiyə də döyüşə qatılacaq” deyib.

Tramp dərhal bu siyahıya Hindistanı da əlavə edib.

“İŞİD bütün bu ölkələrin çevrəsindədir... Bunların hamısı döyüşməyə məcburdur” deyən Donald Tramp ABŞ-ın 19 ilini daha Əfqanıstandakı müharibəyə ayırmaq istəmədiyini bildirib.

Mehri QURBANOVA

AzNews.az