Onun lehinə 373 deputat səs verib Onun lehinə 373 deputat səs verib
  • Qərb
  • 3 Sentyabr 2019 13:56
  •  2 671

Ukrayna Radası deputat toxunulmazlığının ləğvi haqqında qanunu qəbul etdi

Onun lehinə 373 deputat səs verib

Ukraynanın Ali Radası deputat toxunulmazlığının ləğvi haqqında qanunu qəbul etməklə Konstitusiyaya dəyişiklik edib.

Bu barədə AzNews.az RİA “Novosti”yə istinadən xəbər verir.

Layihənin qəbul olunması üçün minimum 300 səs lazım olduğu halda, onun lehinə 373 deputat səs verib.

Sənədin qüvvəyə minməyi üçün Ukrayna prezidenti Vladimir Zelenski onu imzalamalıdır.

Qeyd edək ki, yeni qanuna əsasən, deputatlar 2020-ci ilin yanvarın 1-dən toxunulmazlıqdan məhrum ediləcəklər.

AzNews.az