Thorhild Sunna Evarsdottir səfəri zamanı konstruktiv münasibət müşahidə edib Thorhild Sunna Evarsdottir səfəri zamanı konstruktiv münasibət müşahidə edib
  • Qərb
  • 9 Sentyabr 2019 17:33
  •  2 165

AŞPA-nın məruzəçisi Azərbaycan hökumətinə təşəkkür etdi

Thorhild Sunna Evarsdottir səfəri zamanı konstruktiv münasibət müşahidə edib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçisi Thorhild Sunna Evarsdottir Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

AŞPA-nın rəsmi saytına istinadən bildirilir ki, məruzəçi Azərbaycan hökumətinin onun 5-7 sentyabr tarixlərində Azərbaycanda olduğu zamanı səfərini asanlaşdırdığını vurğulayıb.

“Mən Azərbaycan hökumətinə rəsmi iclaslar keçirdiyi, ümumiyyətlə, səfərimi asanlaşdırdığı üçün təşəkkürümü bildirirəm", - o qeyd edib.

Thorhild Sunna Evarsdottir səfəri zamanı konstruktiv münasibət, eləcə də hər kəsin Avropa Şurası ilə işləməyə həvəsli olduğunu müşahidə etdiyini bildirib. (Report)