“Niyə də olmasın” “Niyə də olmasın”
  • Qərb
  • 17 Sentyabr 2019 11:13
  •  1 517

Marin Le Pen yenidən prezidentliyə göz dikdi

“Niyə də olmasın”

“Milli Birlik” Partiyasının rəhbəri və Fransa Milli Məclisinin beynəlxalq məsələlər komitəsinin üzvü Marin Le Pen 2022-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu bəyan edib.

AzNew.az-ın məlumatına əsasən, bu barədə Fransanın “Le Mond” nəşri yazır.

“Niyə də olmasın”, — deyə Le Pen prezident kampaniyasında iştirak etmək barədə suala cavab verib.

Xatırladaq ki, Fransada Marin Le Penin “Milli Birlik” partiyası Avropa Parlamentinə (AP) seçkidə qalib gəlib.

Fransada 2017-ci ildə keçirilən prezident seçkilərinin ikinci turunda Le Pen seçicilərin 33,9% -nin səsini toplayaraq Emmanuel Makrona uduzub.

AzNew.az