• Qərb
  • 17 Sentyabr 19:11

Portuqaliyada yüzlərlə məktəb bağlandı, səbəbi...

Bu, son illərdə ən böyük tətildir

Portuqaliyada əməkhaqqının artırılmasını tələb edən müəllimlərin tətilləri ilə əlaqədar yüzlərlə məktəb bağlanıb.

“Lusa” xəbər agentliyi bildirir ki, ölkənin müxtəlif regionlarında müəllimlərin tətilləri ilə əlaqədar yüzlərlə məktəb bağlanıb. Bu, son illərdə ən böyük tətildir.

Dövlət Administrasiyası İttifaqları Federasiyasının baş katibi Juao Abrao jurnalistlərlə söhbətində deyib: “Bu, son illərdə ən böyük tətildir. Çox ehtimal ki, yüzlərlə məktəb bağlanacaq. Əməkdaşlar hökumətə göstərmək istəyirlər ki, onlar danışıqlar aparmağa borcludurlar”.

Alınmış məlumata görə, Lissabon, Braqansa, Setubal və Portuda məktəblər bağlanıb. Bəzi tədris müəssisələrində etiraz aksiyaları keçirilib. Məktəblərin işçiləri və həmkarlar ittifaqı liderləri əllərində plakatlar tutmuş halda etiraz aksiyalarına gəliblər. Onlar əməkhaqqının artırılmasını və “müəllimlərə hörmət göstərilməsini” tələb edirlər.

Şagirdlərin valideynləri bu tətili anlaşıqlı qarşıladıqlarını bildiriblər. Lakin valideynlərin çoxu vurğulayır ki, dərs məşğələlərinin dayandırılması uşaqların təliminə mənfi təsir göstərəcək.(AZƏRTAC)

AzNews.az