“İntihara çatdırma” maddəsi ilə cinayət işi açılıb “İntihara çatdırma” maddəsi ilə cinayət işi açılıb
  • Qərb
  • 24 Sentyabr 2019 11:43
  •  2 146

Ermənistanın sabiq DİN rəhbərinin cəsədi aşkar edildi

“İntihara çatdırma” maddəsi ilə cinayət işi açılıb

Ermənistanın sabiq polis rəisi Ayk Arutünyanın cəsədi Yerevanın yaxınlığında aşkar edilib.

AzNews.az-ın məlumatına əsasən, bu barədə RİA “Novosti” Tədqiqat Komitəsinin mətbuat xidmətinin rəhbəri Nair Arutünyana istinadən xəbər verir.

Bildirilir ki, cəsədin üzərində güllə yaraları aşkar edilib.

Məlumata əsasən, “intihara çatdırma” maddəsi üzrə cinayət işi açılıb.

Qeyd edək ki, Arutünyan 1999-2003-cü illər arasında DİN rəhbəri olub, 2003-cü ildən isə ölkə polisinə rəhbərlik edib.

AzNews.az