Bu barədə o özünün "Twitter"dəki səhifəsində yazıb Bu barədə o özünün "Twitter"dəki səhifəsində yazıb
  • Qərb
  • 8 Oktyabr 2019 22:15
  •  3 384

Tramp Klintonu prezident seçkilərində iştirak etməyə çağırdı

Bu barədə o özünün "Twitter"dəki səhifəsində yazıb

BABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların sabiq dövlət katibi Hillari Klintonu qarşıdan gələn prezident seçkilərində yenidən namizəd olmağa çağırıb.

Bu barədə o özünün "Twitter"dəki səhifəsində yazıb.

"Mən güman edirəm ki, korrupsiya ilə məşğul olan Hillari Klinton bu imkanı solçu Elizabet Uorrendən oğurlamağa çalışmaq üçün yarışa daxil olmalıdır", - deyə Tramp yazıb.

O, həmçinin Klintonu bütün öz cinayətlərini izah etməyə və Konqresə çağırışın alınmasından sonra elektron məktubların silinməsinin səbəblərini açıqlamağa çağırıb.

Daha əvvəl də ABŞ prezidenti Donald Tramp bildirib ki, sabiq dövlət katibi Hillari Klinton 2020-ci ilin prezident seçkilərində ona rəqib olmayacaq.(report.az)

AzNews.az