"Çin artıq bizim böyük vətənpərvər-fermerlərimizdən kənd təsərrüfatı məhsullarını almağa başlayıb" "Çin artıq bizim böyük vətənpərvər-fermerlərimizdən kənd təsərrüfatı məhsullarını almağa başlayıb"
  • Qərb
  • 14 Oktyabr 2019 09:03
  •  2 746

Trampdan Çini sevindirəcək xəbər

"Çin artıq bizim böyük vətənpərvər-fermerlərimizdən kənd təsərrüfatı məhsullarını almağa başlayıb"

ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin Birləşmiş Ştatlarla ticarət sazişi üzrə razılaşmanı yerinə yetirməyə başlayıb.

Bu barədə o, özünün "Twitter"dəki səhifəsində yazıb.

Ağ Ev başçısının sözlərinə görə, Çinlə sazişin şərti "sazişin üç-dörd həftə sonra imzalanmasını gözləmədən" Amerikanın böyük miqdarda kənd təsərrüfatı məhsullarını yubanmadan almaqdan ibarət olub.

"Çin artıq bizim böyük vətənpərvər-fermerlərimizdən kənd təsərrüfatı məhsullarını almağa başlayıb", - deyə Tramp "Twitter"də yazıb.

ABŞ prezidenti "sazişin genişmiqyaslı birinci mərhələsini qurtarmağa" və ikinci danışıqlar mərhələsi başlamağa söz verib. (Report)

AzNews.az