"Gəldilər, Yanukoviçin deyil, digər insanların pullarını ələ keçirdilər" "Gəldilər, Yanukoviçin deyil, digər insanların pullarını ələ keçirdilər"
  • Qərb
  • 19 Oktyabr 2019 20:41
  •  4 803

Trampın müşaviri Poroşenkonu 1,5 milyard dollar oğurlamaqda ittiham etdi

"Gəldilər, Yanukoviçin deyil, digər insanların pullarını ələ keçirdilər"

Ukrayna əsilli biznesmen və ABŞ prezidenti Donald Trampın müşaviri Sem Kislin bildirib ki, Pyotr Poroşenkonun prezidentliyi dövründə onun ətrafı qanunsuz olaraq 1,5 milyard dollar ələ keçirib.

AzNews.az xəbər verir ki, bu haqda xəbəri RİA "Novosti" yayıb.

Mənbə bildirir ki, Poroşenko və onun adamları Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin ətrafından konfiskasiya zamanı əldə edilmiş vəsaitləri mənimsəmişlər.

Kislin bu pulların Ukraynanın büdcəsinə çatmadığını iddia edir.

O, əlavə edib ki, həmin pullar Yanukoviçin vəsaitinin içərisində tapılmayıb.

"Gəldilər, Yanukoviçin deyil, digər insanların pullarını ələ keçirdilər", — Kislin bildirib.

O vurğulayıb ki, bu vəsaitlərdən 503 milyon dollar Poroşenkonun hesabına köçürülüb.

Babək Göyüş

AzNews.az