"Siyasi liderlər mənimlə pis rəftar edir" "Siyasi liderlər mənimlə pis rəftar edir"
  • Qərb
  • 1 Noyabr 2019 11:10
  •  4 606

Tramp vergidən belə qaçdı: Milyonlarla dollar ödəyirəm, amma...

"Siyasi liderlər mənimlə pis rəftar edir"

ABŞ prezidenti Donald Tramp "yaşayış yeri haqqında deklarasiyada" özünün qeydiyyat ünvanını Nyu-Yorkdan Floridaya dəyişib.

AzNews.az xəbər verir ki, prezident bu barədə "Twitter" səhifəsində məlumat verib.

D.Tramp buna səbəb kimi Nyu-Yorkdakı siyasətçilərin ona olan pis münasibətini göstərib.

""1600 Pennsylvania Avenue", Ağ Ev ümid edirəm ki, mənim növbəti beş il də Amerikanı yenidən hər şeyə qadir etmək üçün sevdiyim və qalacağım ünvan olacaq. Amma ailəm və mən daimi yaşayış yerimizi "Palm Beach, Florida"ya dəyişirik. Mən Nyu-Yorku və sakinlərini sevirəm, həmişə də sevəcəyəm. Ancaq təəssüf ki, hər il şəhər, dövlət və yerli vergilərə milyonlarla dollar ödəməyimə baxmayaraq buranın siyasi liderləri mənimlə çox pis rəftar edir. Az adamla pis davranılır. Bu qərarı qəbul etməkdən nifrət edirəm, amma sonda problemli şəxslər üçün hər şey yaxşı olacaq. Prezident kimi mən Nyu-Yorkun və möhtəşəm sakinlərinin yanında olacağam. Buranın qəlbimdə həmişə xüsusi yeri olacaq!", - deyə D.Tramp bildirib.

Lakin yerli KİV-in prezidentin ətrafındakı mənbəyə istinadən verdiyi məlumata əsasən qeydiyyatın dəyişdirilməsinə əsas səbəb vergi məsələsi olub.

Pərvanə

AzNews.az