Evlərini su basmış əhaliyə hər ev üçün əlavə 5 min avro da yardım ediləcək Evlərini su basmış əhaliyə hər ev üçün əlavə 5 min avro da yardım ediləcək
  • Qərb
  • 15 Noyabr 2019 09:12
  •  4 143

Venesiyada fövqəladə vəziyyət elan edildi

Evlərini su basmış əhaliyə hər ev üçün əlavə 5 min avro da yardım ediləcək

İtaliya hökuməti Venesiyada baş vermiş sel ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan edib. Yağan yağışlar və Adriatik dənizinin səviyyəsinin artması səbəbindən şəhəri su basaraq təhlükəli vəziyyət doğurub.

İtaliyanın Baş naziri Cüzeppe Konte şəhərdə vəziyyətin ciddi nəzarətə götürülməsi və ortaya çıxa biləcək xərclər üçün büdcədən 20 milyon avro ayrılması barədə göstəriş verib. Şəhərə əlavə xilasedici qüvvələr cəlb olunub. Evlərini su basmış əhaliyə hər ev üçün əlavə 5 min avro da yardım ediləcək.

Mütəxəssislərin proqnozlarına əsasən, suyun səviyyəsi qalxmaqda davam edəcək.

AzNews.az