Bu, Avropa investisiya banklarına bir neçə milyard avro ziyan vura bilər Bu, Avropa investisiya banklarına bir neçə milyard avro ziyan vura bilər
  • Qərb
  • 19 Noyabr 2019 10:59
  •  3 961

Aİ nazirləri birgə bəyanat yaydılar – Bu sahəyə maliyyə yatırılmayacaq

Bu, Avropa investisiya banklarına bir neçə milyard avro ziyan vura bilər

Avropa İttifaqı neft-qaz və kömür layihələrinin maliyyələşdirilməsini dayandırmağı planlaşdırır.

AzNews.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Avropanın maliyyə nazirləri birgə bəyanatla çıxış ediblər.

Qeyd edilir ki, nazirlər bütün yanacaq növlərinə vəsaitin ayrılması haqda bəyannaməni ilk dəfə olaraq dəstəkləyiblər.

Bu cür layihələri maliyyələşdirməkdən tam imtina edilməsi Avropanın maliyyə bölmələri olan Avropa investisiya banklarına (AİB) bir neçə milyard avro ziyan vura bilər.

Bildirilir ki, qlobal istiləşməyə qarşı Aİ layihələrinin bol maliyyə dəstəyinə baxmayaraq, paralel olaraq yanacağın maliyyələşdirilməsi və hasilatı baş verir. Beləliklə, Avropa İttifaqının üzvləri nüvə enerjisindən və ya kömürdən asılılığı azaltmağa çalışırlar.

AzNews.az