Ölkədə ümumi elektorat 46 milyon civarındadır Ölkədə ümumi elektorat 46 milyon civarındadır
  • Qərb
  • 12 Dekabr 2019 09:49
  •  2 750

Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir

Ölkədə ümumi elektorat 46 milyon civarındadır

Bu gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir.

Səsvermə səhər saat 7:00-da başlayıb və axşam 22:00-dək davam edəcək. Cavabların isə növbəti günün səhər saatlarında açıqlanması gözlənilir. Ümumilikdə isə 650 seçki dairəsi üzrə parlamentə üzv seçiləcək.

Ölkədə ümumi elektorat 46 milyon civarındadır və 40 min seçki məntəqəsi var.

Qeyd edək ki, bu seçkilər 1923-cü ildən bəri dekabrda keçirilən ilk seçkilərdir. (APA)

AzNews.az