Həmin şəxs 2015-ci ilin fevralında yəhudi icma mərkəzinin yaxınlığında əsgərlərə hücum edib Həmin şəxs 2015-ci ilin fevralında yəhudi icma mərkəzinin yaxınlığında əsgərlərə hücum edib
  • Qərb
  • 12 Dekabr 2019 22:55
  •  3 165

Hərbçilərə hücum edən şəxsə 30 il iş kəsildi

Həmin şəxs 2015-ci ilin fevralında yəhudi icma mərkəzinin yaxınlığında əsgərlərə hücum edib

Fransada andlı iclasçılar məhkəməsinin qərarı ilə 2015-ci ildə Nitsada hərbçilərə bıçaqla hücum edən Musa Kulibali 30 illik cəzaya məhkum edilib.

Bu barədə "Le Monde" qəzeti yazıb.

Məlumata əsasən, Kulibali əməlindən tövbə etməyib.

Bildirilib ki, həmin şəxs 2015-ci ilin fevralında yəhudi icma mərkəzinin yaxınlığında əsgərlərə hücum etmişdi.

Kulibali qeyd etmişdi ki, hücumu polisə, hərbçilərə və yəhudilərə qarşı nifrətə görə törədib.(trend.az)

AzNews.az