Zərəçəkənlərdən 17-si uşaqdır Zərəçəkənlərdən 17-si uşaqdır
  • Qərb
  • 15 Yanvar 2020 09:35
  •  5 446

ABŞ-da təyyarə məktəblərin üstünə yanacaq atıb - VİDEO

Zərəçəkənlərdən 17-si uşaqdır

ABŞ-da sərnişin təyyarəsi Los-Anceles Beynəlxalq hava limanında təcili eniş edərkən bir neçə məktəbin üzərinə aviasiya yanacağı töküb.

AzNews.az BBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 60 nəfər xəsarət alıb.

Zərəçəkənlərdən 17-sinin uşaq olduğu deyilir.

"Delta Airlines" aviaşirkətinə məxsus təyyarənin pilotunun yanacağı xüsusi ayrılan yerdə yox, yaşayış massivi üzərində buraxması araşdırmaya səbəb olub.

Kudahi şəhərinin meri Elizabet Alkantar hadisə ilə bağlı açıqlama verib.

"Çox məyus oldum. Bu ibtidai məktəbdir, kiçik uşaqlardır", - deyə E. Alkantar bildirib.

Aviaşirkət bəyanatında sərnişin təyyarəsinin öz eniş kütləsini azaltmaq üçün yanacaq buraxdığını təsdiqləyib.

Federal Aviasiya İdarəsinin nümayəndəsi Allen Kenitzer bildirib ki, idarə bu hadisəni diqqətlə araşdırır.

"ABŞ-ın istənilən iri aeroportunda işləyən təyyarələr üçün yanacaq atılmasının xüsusi prosedurları mövcuddur. Bu prosedurlar tələb edir ki, yanacaq sahələr üzərində, bir qayda olaraq, yüksək zirvələrdə püskürsün, Yanacaq çiləsin və yerə çatana qədər dağılsın".

Pərvanə