Bu barədə “CNN” məlumat yayıb Bu barədə “CNN” məlumat yayıb
  • Qərb
  • 12 Fevral 2020 07:57
  •  7 776

Prezidentliyə namizədlərdən daha biri mübarizəni dayandırdı

Bu barədə “CNN” məlumat yayıb

ABŞ prezidenti vəzifəsinə Demokratlar Partiyasından iddiaçılar arasında yer alan biznesmen Endrü Yanq seçkiqabağı yarışı tərk edib.

AzNews.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı biznesmen yaxın vaxtlarda rəsmi açıqlama verəcək.

Hazırda 10 nəfər Demokrat Partiyasından vahid namizəd tərəfindən irəli sürülmək üçün mübarizəni davam etdirirlər.

Onların arasında keçmiş vitse-prezident Co Bayden, senatorlar Berni Sanders, Elizabet Uorren, Emi Klobuşar, Saut Bend şəhərinin (İndiana) meri Pitt Butticiç, milyarder və filantrop Tom Steyer, 78 yaşlı milyarder Maykl Blumberq və Havaydan Nümayəndələr palatasının üzvü Tulsi Qabbard var.