Yeni kabinətdə bir sıra nazirlər əvvəlki mövqeyini qoruyub Yeni kabinətdə bir sıra nazirlər əvvəlki mövqeyini qoruyub
  • Qərb
  • 13 Fevral 2020 22:06
  •  7 669

Böyük Britaniya hökuməti yenidən formalaşdı

Yeni kabinətdə bir sıra nazirlər əvvəlki mövqeyini qoruyub

Böyük Britaniyanın Baş naziri Boris Conson kabinetini yenidən formalaşdırıb.

AzNews.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, yeni kabinətdə bir sıra nazirlər əvvəlki mövqeyini qoruyub.

Xarici İşlər Naziri Dominik Raab, Daxili işlər naziri Priti Patel, Beynəlxalq Ticarət naziri Liz Truss, Səhiyyə naziri Matt Hankok, Lordlar Palatasının lideri Baronessa Evans, Müdafiə naziri Ben Vallas vəzifəsində qalıb.

Biznes, Enerji və Sənaye Strategiyası üzrə nazir Andrea Leadsom Alok Şarma ilə əvəz olunub.

Maliyyə naziri Sacid Cavid isə özü istefa verib. Buna səbəb Boris Consonun ondan müşavirlərini işdən azad edərək, özünə yaxın olanlarla əvəz etməsini istəməsi olub. Maliyyə naziri vəzifəsinə Ruşi Sunak gətirilib. O, bundan öncə Xəzinədarlığın Baş katibi vəzifəsini tutub.

Qeyd edək ki, Londonun meri Sadıq Xan büdcənin açıqlanmasından bir neçə həftə öncə Maliyyə nazirinin istefa verməsini hökumətin xaos içində olmasının göstəricisi kimi dəyərləndirmişdi.

Yeni kabinetin tərkibi aşağıdakı kimidir:

- Maliyyə naziri Rishi Sunak;

- Daxili işlər naziri Priti Patel;

- Xarici işlər naziri Dominik Raab;

- Ədliyyə naziri Robert Bukland;

- Səhiyyə naziri Matt Hankok;

- Beynəlxalq Ticarət Naziri Liz Truss;

- Biznes, Enerji və Sənaye Strategiyası üzrə nazir Alok Şarma;

- Mədəniyyət, media və idman naziri Oliver Dovden

- Təhsil naziri Gavin Villiamsan;

- Müdafiə naziri Ben Vallas və s.