Məlumatı Reyçel Semmel yayıb Məlumatı Reyçel Semmel yayıb
  • Qərb
  • 25 Fevral 2020 11:12
  •  8 975

Tramp Konqresdən 2.5 milyard dollar istəyəcək

Məlumatı Reyçel Semmel yayıb

Tramp administrasiyası ABŞ Konqresinə koronavirusla mübarizə üçün 2,5 milyard dollarlıq büdcə tələbi göndərəcək.

AzNews.az "The New York Times"a istinadən xəbər verir ki, bunu Ağ Evin İdarəetmə və Büdcə Ofisinin sözçüsü Reyçel Semmel deyib.

Onun sözlərinə görə, pulun 1 milyard dollardan çoxu virusa qarşı peyvəndi inkişaf etdirmək üçün nəzərdə tutulub.

"Bu gün administrasiya peyvəndin inkişafını sürətləndirmək, ehtiyac duyulan avadanlıq və materialları almaq üçün 2.5 milyard dollarlıq əlavə bir maliyyələşdirmə planını Konqresə təqdim edəcək", - deyə sözçü bildirib.

Pərvanə