Bunu Almaniya Nazirlər Kabinetinin xüsusi nümayəndəsi Şteffen Zaybert bildirib Bunu Almaniya Nazirlər Kabinetinin xüsusi nümayəndəsi Şteffen Zaybert bildirib
  • Qərb
  • 20 Mart 2020 19:22
  •  3 955

ABŞ G7 liderlərinin görüşünün videokonfrans rejimində keçirilməsini istəyir

Bunu Almaniya Nazirlər Kabinetinin xüsusi nümayəndəsi Şteffen Zaybert bildirib

ABŞ G7 ölkələrinin liderlərinin görüşünü aprel və may aylarında videokonfrans rejimində təşkil etməyi planlaşdırır.

AzNews.az-ın xəbərinə görə, bunu Almaniya Nazirlər Kabinetinin xüsusi nümayəndəsi Şteffen Zaybert bildirib.

G7 ölkələrinin iyun ayında ABŞ-da keçirilməsi nəzərdə tutulan görüşü koronavirus təhlükəsi ilə əlaqədar ləğv edilib. Ş. Zaybert deyib ki, ABŞ iyuna qədər, aprel və may aylarında G7 ölkələrinin dövlət və hökumət başçılarının videokonfrans formatında görüşünü təşkil etmək istəyir: “Almaniya Baş Naziri pandemiyanın qlobal nəticələrini nəzərə alaraq, videokonfrans rejimində görüşün keçirilməsini dəstəkləyir”.

Qeyd edək ki, martın 20-də Ağ Evin mətbuat katibi Cadd Dir bildirib ki, ABŞ Prezidenti Donald Tramp koronavirus təhlükəsi ilə əlaqədar G7 ölkələrinin liderlərinin iyun ayında Kemp-Deviddə keçirilməsi nəzərdə tutulan görüşünü ləğv etmək barədə qərar verib.