5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq öldü

Bakıda 5 yaşlı uşaq binadan yıxılaraq ölüb.

Aznews.az xəbər verir ki, hadisə aprelin 30-da Nizami rayonunda baş verib.

Bakı sakini 2021-ci il təvəllüdlü P.M. 12-ci mərtəbədə yerləşən mənzilin eyvanından yerə yıxılaraq ölüb.