Ölkədə virusa yoluxmuş 24 minə yaxın xəstə sağalıb Ölkədə virusa yoluxmuş 24 minə yaxın xəstə sağalıb
  • Qərb
  • 5 Aprel 2020 12:09
  •  4 374

Almaniyada 91 314 nəfər COVID-19-a yoluxub

Ölkədə virusa yoluxmuş 24 minə yaxın xəstə sağalıb

Almaniya Federativ Respublikasında (AFR) koronavirusdan ölənlərin sayı 1 318 nəfərə çatıb.

AzNews.az xəbər verir ki, bu barədə AFR-in Səhiyyə və Federativ ərazilərin sosial işləri üzrə nazirliyindən daxil olmuş məlumatlar əsasında “FOCUS online” portalı bildirib.

Qeyd edilir ki, ölkədə ümumilikdə 91 314 nəfər virusa yoluxub.

AFR-da koronavirusun yayılması episentri Bavariyadır. Siyahıda sonrakı yerdə Şimali Reyn - Vestfaliya və Baden-Vürtemberq qərarlaşıb. Ölkədə virusa yoluxmuş 24 minə yaxın xəstə sağalıb.

Almaniyada son bir gün ərzində virusa yoluxmuş təxminən 166 insan ölüb, daha 6 000 nəfər COVID-19-a yoluxub.