Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib
  • Qərb
  • 4 May 2020 23:54
  •  4 402

Fransada koronavirus qurbanlarının sayı 25 mini ötdü

Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib

Son bir gün ərzində Fransada daha 306 nəfər koronavirusdan ölüb.

AzNews.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

"Martın 1-dən biz COVID-19-la bağlı 25 201 ölümə ağlayırıq", - rəsmi məlumatda deyilir.

Qeyd edilir ki, 15 826 insan xəstəxanalarda, 9 375 nəfər qocalar evlərində ölüb.

Hazırda xəstəxanalarda 25,5 min nəfər müalicə edilir, son 24 saat ərzində daha 689 pasiyent xəstəxanalara yerləşdirilib. Xəstəxanaların reanimasiya şöbələrində koronavirusa yoluxmuş 3 696 nəfər müalicə edilir.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.