Bunu ştatın qubernatoru Endryu Kuomo bildirib Bunu ştatın qubernatoru Endryu Kuomo bildirib
  • Qərb
  • 17 May 2020 10:04
  •  6 872

Nyu-Yorkda bir gündə 157 nəfər koornavirusdan ölüb

Bunu ştatın qubernatoru Endryu Kuomo bildirib

ABŞ-ın Nyu-York ştatında son sutka ərzində 157 nəfər koronavirus infeksiyasından ölüb, bundan əvvəlki gün 132 nəfərin öldüyü deyilirdi.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ştatın qubernatoru Endryu Kuomo bildirib.

Qubernator deyib ki, ümumilikdə və gün ərzində xəstəxanaya yerləşdirilənlərin sayı azalır, get-gedə daha az insan süni tənəffüs aparatına ehtiyac duyur. Onun sözlərinə görə, cümə günü cəmi 400 nəfər xəstəxanaya müraciət edib. Ağır günlərdə isə bu rəqəm 3000-dən çox olurdu.

Ştatda ümumilikdə 22 304 nəfər koronavirusa yoluxma nəticəsində dünyasını dəyişib.