XİN məlumat yayıb XİN məlumat yayıb
  • Qərb
  • 17 Dekabr 2020 09:00
  •  5 928

Ceyhun Bayramov Brüsselə yola düşüb

XİN məlumat yayıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclasında iştirak etmək məqsədilə Brüssel şəhərinə yola düşüb.

Bu barədə AzNews.az-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Səfər çərçivəsində Ceyhun Bayramovun Avropa İttifaqı, eləcə də Belçika Krallığının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.