Tramp ABŞ tarixində xələfinin andiçmə mərasiminə qatılmayan dördüncü prezident olacaq Tramp ABŞ tarixində xələfinin andiçmə mərasiminə qatılmayan dördüncü prezident olacaq
  • Qərb
  • 15 Yanvar 2021 22:48
  •  6 883

Trampın Vaşinqtondan gedəcəyi tarix açıqlandı

Tramp ABŞ tarixində xələfinin andiçmə mərasiminə qatılmayan dördüncü prezident olacaq

ABŞ Prezidenti Donald Tramp seçkilərdə qələbə qazanan rəqibi Co Baydenin inauqurasiya mərasimi günü Vaşinqtonu tərk edəcək.

AzNews.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Bir həftə əvvəl Baydenin andiçmə mərasiminə qatılmayacağını bəyan edən Trampın yanvarın 20-si səhər saatlarında Vaşinqtondan yola düşəcəyi qeyd edilir. Məlumata görə, o, Merilənd ştatında Endryus aviabazasında vida mərasimi keçirəcək. Daha sonra isə Floridadakı Mar-a-Laqo iqamətgahına yola düşəcək.

Qeyd edək ki, Tramp ABŞ tarixində xələfinin andiçmə mərasiminə qatılmayan dördüncü prezident olacaq.