• Qərb
  • 19 Yanvar 09:40
  •  4 900

Tramp vida məşqi edir

Videoyazı çərşənbə axşamı günü yayımlana bilər

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp Vaşinqton administrasiyası rəhbəri vəzifəsində vida videomüraciəti yazıb.

Bu barədə “CNN” telekanalı mənbəsinə istinadən xəbər verib.

Onun məlumatına görə, videoyazı çərşənbə axşamı günü yayımlana bilər, baxmayaraq ki, son tarix hələ müəyyənləşdirilməyib.

Qeyd olunur ki, Tramp öz çıxışında prezident postunda əldə olunan ən mühüm nailiyyətləri sadalayıb.

O, müraciətdə “yeni administrasiya” haqda da danışıb, lakin seçilmiş Prezident Cozef Baydenin komandasına dair fikir konteksti dəqiqləşdirilmir.

Qeyd edək ki, Bayden və seçilmiş vitse-prezident Kamala Harrisin inauqurasiyası yanvarın 20-də keçiriləcək.

AzNews.az