- Qərb
- 11 Fevral 2021 23:59
- 12 854
Azərbaycanlı hüquqşünas Londonun meri ola bilər

Onun namizədliyi üzvü olduğu “Renew” partiyası tərəfindən irəli sürülüb.
Azərbaycanlı hüquqşünas Kamran Balayev London şəhərinin meri vəzifəsinə namizəddir. Onun namizədliyi üzvü olduğu “Renew” partiyası tərəfindən irəli sürülüb.
Bu barədə “Vestikavkaza” portalı partiyanın rəsmi saytına əsasən məlumat verib.
Kamran Balayev 1981-ci ildə Bakıda anadan olub. O, Kembric Universiteti, eləcə də London İqtisad Məktəbində (LSE) ali təhsil alıb. K.Balayevin təsis etdiyi “Sərhədsiz hüquqşünaslar” təşkilatı BMT bəyannaməsi çərçivəsində insan hüquqlarının müdafiəsi ilə məşğul olur
Hüquqşünas London sakinlərinin onu seçəcəyi təqdirdə, ilk növbədə şəhərin rəqəmsal iqtisadiyyatının inkişafı üzərində çalışacağını bildirib. Onun sözlərinə görə, İngiltərə paytaxtı bu sahədə ABŞ-ın Silikon vadisi ilə rəqabət apara biləcək potensiala malikdir.
Qeyd edək ki, London şəhərinin mer seçkiləri mayın 6-da keçiriləcək. Hazırda bu vəzifəyə 18 nəfər namizəddir.