"Vəziyyət zorakılıq olmadan həll olunmalıdır” "Vəziyyət zorakılıq olmadan həll olunmalıdır”
  • Qərb
  • 25 Fevral 2021 20:00
  •  7 170

ATƏT sədri Ermənistandakı son vəziyyətdən narahatdır

"Vəziyyət zorakılıq olmadan həll olunmalıdır”

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Ermənistandakı vəziyyətdən narahatlığını ifadə edib.

AzNews.az xəbər verir ki, bu barədə Ann Linde “Twitter”də bildirib.

“Ermənistandakı son hadisələrdən narahatam. Bütün tərəfləri ATƏT-in demokratik proseslər və qanunun aliliyi ilə bağlı öhdəliklərinə münasibətdə sülh yolu ilə hərəkət etməyə çağırıram. Vəziyyət zorakılıq olmadan həll olunmalıdır”, - deyə İsveç XİN başçısı qeyd edib.

ATƏT-in hazırkı sədri Ann Linde yaxın zamanlarda Azərbaycana və Ermənistana səfər etmək niyyətində olduğunu da ATƏT Parlament Assambleyasının qış sessiyasında bildirib.

Bu səfərlə o, İkinci Qarabağ müharibəsindən sonra regiondakı vəziyyətlə tanış olmağı planlaşdırır.