Gənc qız polisin ona atəş açmasından əvvəl bıçağı yerə atıb Gənc qız polisin ona atəş açmasından əvvəl bıçağı yerə atıb
  • Qərb
  • 21 Aprel 2021 10:04
  •  4 348

ABŞ-da polis 15 yaşlı qaradərili qızı güllələdi

Gənc qız polisin ona atəş açmasından əvvəl bıçağı yerə atıb

ABŞ-ın Kolumbus şəhərində (Ohayo ştatı) polis əməkdaşı 15 yaşlı qaradərili qızı güllələyib.

Bu barədə AzNews.az “The Columbus Dispatch” qəzetinə istinadən xəbər verir.

Onun məlumatına görə, insident yerli vaxtla saat 16:45-də (Bakı vaxtı ilə saat 00:45-də-red.), bıçaqla silahlanmış qızın hücumları barədə polisə zəngin daxil olmasından sonra baş verib. Hadisə yerinə gələn polis qıza atəş açıb. Yaralını kritik vəziyyətdə xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun qohumunun sözlərinə görə, qız ailə mübahisəsinin iştirakçısı olub. Gənc qız polisin ona atəş açmasından əvvəl bıçağı yerə atıb.

Qəzetin yazdığına görə, hadisə yerinə 50-ə yaxın aqressiv əhval-ruhiyyəli insan toplaşıb. Onların bəziləri intiqam almağa çağırır.