Bu barədə Ağ Ev məlumat yayıb Bu barədə Ağ Ev məlumat yayıb
  • Qərb
  • 7 May 2021 09:23
  •  6 720

Bayden Suriyaya qarşı sanksiyaların müddətini uzatdı

Bu barədə Ağ Ev məlumat yayıb

ABŞ Prezidenti Co Bayden Suriyaya qarşı birtərəfli sanksiyalar rejiminin müddətini daha 1 il uzatmaq barədə qərar qəbul edib.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Söhbət Vaşinqtonun 2004-cü ildən 2012-ci ilə qədər Dəməşqə qarşı ardıcıl olaraq tətbiq etdiyi müxtəlif məhdudlaşdırıcı tədbirlərin qüvvədə qalmasından gedir. Bu restriksiyalar, xüsusilə ABŞ-ın yurisdiksiyası altında olan bəzi fiziki və hüquqi şəxslərin aktivlərinin bloklanmasını, həmçinin ABŞ-ın müəyyən kateqoriyalı məhsul və xidmətlərinin Suriyaya ixracına qadağa qoyulmasını nəzərdə tutur.