Məktəblilər Menilmontant Meydanından Millət Meydanına doğru hərəkət ediblər Məktəblilər Menilmontant Meydanından Millət Meydanına doğru hərəkət ediblər
  • Qərb
  • 10 May 2021 17:23
  •  8 180

Fransada şagirdlər Makronu istefaya çağırdı

Məktəblilər Menilmontant Meydanından Millət Meydanına doğru hərəkət ediblər

Fransanın paytaxtı Parisdə bir araya gələn lisey şagirdləri Prezident Emmanuel Makrona etiraz edib.

AzNews.az xəbər verir ki, onlar hökumətin “COVID-19” epidemiyasını yaxşı idarə etmədiyini ifadə edərək aksiya keçiriblər. Məktəblilər Menilmontant Meydanından Millət Meydanına doğru hərəkət ediblər.

Makronu şüarları ilə istefaya çağıran şagirdlər “Hökumətin səhv siyasətlərinə görə cəza ödəmək istəmirik” yazılı pankart qaldırıblar.

Fransada epidemiya səbəbindən tələbələrin alıcılıq qabiliyyətinin yüzdə 40 faiz azaldığını ifadə edən etirazçılar şagirdlərin adambaşına ortalama 274 avro itirdiyini bildirib.

Hər 6 şagirddən 1-nin məktəbi tərk etdiyini bildirən etirazçılar distant təhsilin vəziyyəti daha da pisləşdirdiyini bildiriblər. Şagird kimi fədakar bir nəsil olmaq istəmədiklərini dilə gətirən nümayişçilər həll yolunun yalnız həqiqi bir təhsil sistemi ilə mümkün olacağını deyiblər.